ADY Çindən 7 lokomotiv alıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC lokomotiv parkını Çindən
alınan 7 yeni AC50 tipli lokomotivlə genişləndirib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Çinin “CRRC Ziyang
Co., Ltd” şirkətinin istehsalı olan lokomotivlər artıq Azərbaycana
gətirilib.

Bununla yanaşı, ADY ilə “CRRC Ziyang” arasında əməkdaşlıq
çərçivəsində yeni magistral sərnişin lokomotivlərinin alınması da
nəzərdə tutulur.




Belə ki, bu ilin iyununda tərəflər 4 yeni magistral sərnişin
lokomotivinin alınmasına dair müqavilə imzalayıblar. Müqaviləyə
əsasən, həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana
çatdırılması planlaşdırılır.

Xəbər yenilənəcək