Laçında Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

27 Sentyabr – Anım Günü ilə əlaqədar Laçın rayonunda Vətən
müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Anım Günü ilə əlaqədar Laçın şəhərinin mərkəzi dairəsində
toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını
ifadə ediblər.

Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti
dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Laçın rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən
hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və rayon
sakinləri iştirak ediblər.