Fransada gecə klubunda atışma olub

Baş səhifə

Fransanın Venisyo kommunasında naməlum şəxs gecə klubunun terrasında atəş açıb, nəticədə üç nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.

Məlumata görə, silahlı hücumu həyata keçirən şəxs hadisə yerindən elektrik skuteri ilə qaçıb.