Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun inşasını təklif edib

Baş səhifə

Bakı. Trend:

Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska
ölkə ərazisində “Patriot” zenit-raket komplekslərinin (ZRK)
istehsalı üzrə zavodun yerləşdirilməsini təklif edib.

Bu barədə şənbə günü “RMF FM” radiostansiyası məlumat yayıb.




“Biz belə bir təkliflə çıxış etmişik: əgər belə bir zavodun
tikintisi Ukraynada planlaşdırılırsa, o zaman bunun əvəzinə zavod
Polşada – “təhlükəsiz ərazi” adlandırılan yerdə
yerləşdirilməlidir”, – deyə radiostansiya nazir müavininin
sözlərini sitat gətirib.

Sobkovyak-Çarnetska əlavə edib ki, zavodun Polşa ərazisində
yerləşdirilməsi ABŞ hakimiyyətinin Ukrayna ilə bağlı qərarından
asılı deyil.