
Bakı. Trend:
İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 27-də gizli
şəkildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər
edib.
Bu barədə “Kanal 12” məlumat yayıb.
Məlumata görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə
BƏƏ-yə gedib, gün ərzində orada qaldıqdan sonra İsrailə
qayıdıb.
Məlumata əsasən, səfərin məqsədi BƏƏ Prezidenti Məhəmməd bin
Zayed Əl Nəhyanla təkbətək görüş olub. Görüşün mövzusu
açıqlanmayıb. Netanyahunun ofisi xəbərə münasibət bildirməyib.

