ABŞ İranın sualtı dron ələ keçirməsi məlumatını təkzib edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus sualtı
pilotsuz aparatın Hörmüz boğazında ələ keçirilməsi ilə bağlı
bəyanatını təkzib edib.

Bu barədə CENTCOM-un nümayəndəsi, kapitan Tim Hokins Qətərin “Al
Jazeera” telekanalına bildirib.




“Biz hazırda fəaliyyət göstərən bütün pilotsuz aparatlarımız
üzərində etibarlı nəzarətə malikik”, – deyə o vurğulayıb və İran
tərəfinin iddialarını “açıq-aşkar ümidsizlik təzahürü”
adlandırıb.