Klub azarkeşlərə görə cəzalandırıldı

Baş səhifə

UEFA “Feyenoord”u azarkeşlərinin “Barselona” ilə “Kamp Nou”da keçirilən son oyundakı davranışlarına görə cərimələyib.

Modern.az xəbər verir ki, Niderland klubuna ümumilikdə 74 375 avro cərimə tətbiq olunub. Bunun 25 min avrosu azarkeşlərin irqçi və ya diskriminasiya xarakterli davranışına, 26 375 avro yad əşyaların meydana atılmasına, 10 min avro yolverilməz şüarların səsləndirilməsinə, 13 min avro isə vandalizmə görədir.

UEFA həmçinin “Feyenoord” azarkeşlərinin növbəti səfər oyununda bilet kvotasını rəqib stadionunun tutumunun 5 faizindən 3,75 faizinə endirib.

Bundan başqa, “Feyenoord”a 30 gün ərzində azarkeşlərin vurduğu zərəri ödəmək tapşırılıb.