
Bakı.Trend:
ABŞ-də 2026-cı ildə təsdiqlənmiş qızılca hallarının
sayı 3 887-yə çatıb ki, bu da 1991-ci ildən bəri ən yüksək
göstəricidir.
TASS-ın məlumatına görə, bu barədə ABŞ Xəstəliklərə
Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatlarında
bildirilir.
2026-cı ilin hələ tamamlanmayan dövrü üzrə göstərici
artıq 2025-ci ilin yekun nəticəsini əhəmiyyətli dərəcədə üstələyib.
Belə ki, ötən il ölkədə 2 289 qızılca halı qeydə alınıb. CDC
2024-cü ildə 285, 2023-cü ildə isə 59 halı təsdiqləyib. Sonuncu
dəfə daha yüksək göstərici 1991-ci ildə qeydə alınıb – 9 643
hal.
2000-ci ildə ABŞ ərazisində qızılcanın bitdiyi elan
olunmuşdu. Bu, xəstəliyin fasiləsiz ötürülməsinin ən azı 12 ay
ərzində müşahidə edilməməsi demək idi. CDC bunu peyvəndləmə
proqramı və ümumilikdə Şimali və Cənubi Amerika ölkələrində
sanitar-epidemioloji nəzarətin yaxşılaşdırılması ilə
əlaqələndirirdi. Davam edən epidemik alovlanmalar səbəbindən ABŞ
2026-cı ildə bu statusunu itirə bilər. CDC-nin 2024-2026-cı illərə
dair məlumatları ilkin xarakter daşıyır və sonradan düzəliş edilə
bilər.

