Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və administrasiyası
dizel yanacağının ixracına qadağa qoyulması imkanını ciddi şəkildə
nəzərdən keçirir və belə bir qərarın qəbul edilə biləcəyini istisna
etməyib.
Bunu Donald Tramp İllinoys ştatının Çikaqo şəhərinin ətrafında
keçirilən “Presidents Cup” qolf turniri zamanı “Fox News”
telekanalının aparıcısı ilə söhbətində deyib.
“Biz bu barədə çox ciddi düşünürük. Bu, avtomobillər üçün
benzinin qiymətinin müəyyən qədər artmasına səbəb ola bilər. Buna
görə də biz bu məsələni çox ciddi şəkildə araşdırırıq, bunu edə
bilərik”, – deyə o bildirib.

