
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Mingəçevir şəhərində yerləşən oteldə yanğın baş verməsi barədə
məlumat daxil olub.
FHN-dən Trend-ə
bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət
Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə
Dəstəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci
mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o
cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.
Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.
Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib,
xəsarət alan olmayıb.

