Ağdamda iki avtomobil toqquşub

Baş səhifə

Bakı. Trend:

Ağdamda baş verən qəza zamanı 2 nəfər xəsarət alıb.

Trend-in yerli
bürosunun məlumatına görə, rayonun Bənövşələr qəsəbəsi ərazisində
hərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ-2107” ilə
toqquşub.




Nəticədə “VAZ”ın sürücüsü və sərnişini müxtəlif dərəcəli
xəsarətlər alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanların ər və həyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.