Media
- 26 noyabr, 2025
- 13:11

Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibinin komplektləşdirilməsi həyata keçiriləcək.
“Report” Şuraya istinadən xəbər verir ki, bu barədə sədr Rəşad Məcid məlumat verib.
O bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir:
“Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


