
Bakı. Trend:
İsrail və ABŞ-nin hava zərbələrinə baxmayaraq İranda
zənginləşdirilmiş uran hələ də qalmaqdadır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi
Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”a
müsahibəsində bildirib.
“Zərər çox böyük olub, lakin bizim qiymətləndirmələrimizə görə,
60%-ə qədər zənginləşdirilmiş uranın əksəriyyəti, eləcə də 20%, 5%
və 2% səviyyələrində olan uran hələ də oradadır… Aydındır ki,
silah səviyyəsinə yaxın bu qədər yüksək dərəcədə zənginləşdirilmiş
materialın mövcudluğu narahatlıq doğurur,” – deyə nəşr Qrossinin
sözlərini sitat gətirib.
Xatırladaq ki, iyun ayının 13-nə keçən gecə İsrail İrana qarşı
hərbi əməliyyata başlayıb. ABŞ münaqişənin gərginləşməsindən doqquz
gün sonra döyüşə qoşularaq İranın Fordo, Natanz və İsfahan
şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib.


