
2026-cı ildə Azərbaycanın neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) real ifadədə 2,4 % azalmasının, qeyri-neft qaz sektorunda isə 5 %k artmasının proqnozlaşdırılması milli iqtisadiyyatda ciddi struktur dəyişikliyini səciyyələndirir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Komitənin bu gün keçirilən iclasında – “2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Gələn il milli iqtisadiyyatımızda qeyri-neft-qaz sektorunun payının 72 %-dən 75,8 %-ə, 2029-cu ildə isə 80 %-ə çatdırılması nəzərdə tutulur”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


