
Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya
72,1 milyon ABŞ dolları dəyərində 130,9 min ton bitumlu süxurlardan
əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
Trend Azərbaycanın
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin
göstəricisi ilə müqayisədə dəyər ifadəsində 89,6 milyon dollar və
ya 2,2 dəfə, həcm baxımından isə 146,1 min ton və ya 52,7 faiz
azdır.
Ötən ilin ilk doqquz ayında Azərbaycandan İndoneziyaya 161,7
milyon ABŞ dolları dəyərində 277 min ton bitumlu süxurlardan əldə
edilmiş neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları məbləğində 16,996
milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft
məhsulları ixrac edilib.
Məlumatlara əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz,
təbii ifadədə isə 613 min ton və ya 3,5 faiz azdır.


