Rusiya sahillərində 5,8 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarı yaxınlığında, Sakit Okeanda 5,8 bal
gücündə zəlzələ baş verib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin
regional qərargahı Rusiya Elmlər Akademiyasının Geofizika
Xidmətinin Kamçatka bölməsinin məlumatlarına istinadən
bildirib.




Məlumata əsasən, Sakit okeanda 53,4 km dərinlikdə hiss olunan
zəlzələ (afterşok) qeydə alınıb. Qeyd olunub ki, zəlzələnin
episentri Petropavlovsk-Kamçatskidən 90 km məsafədə olub.

Bildirilib ki, zəlzələ Petropavlovsk-Kamçatski və Yelizovo
şəhərlərinin müxtəlif ərazilərində 4 bala qədər hiss olunub. Sunami
təhlükəsi elan olunmayıb.