Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup zabit
və miçman heyəti Türkiyə Respublikasının İzmir şəhərində yerləşən
Foça limanının Saruca Paşa Təlim Komandanlığında təşkil olunan
“Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın təhlükəsizliyi
sahəsində nəzəri biliklərini və praktiki vərdişlərini artıran hərbi
qulluqçularımız yanğınların yaranma səbəbləri, yayılma
mexanizmləri, profilaktik tədbirlər və effektiv söndürülmə
strategiyaları üzrə müasir yanaşmaları mənimsəyib, müxtəlif növ
yanğınların idarə olunması və söndürülməsi proseslərini yerinə
yetiriblər.

Real şəraitdə tətbiq olunan operativ müdaxilə metodları,
təhlükəsizlik protokolları və texniki vasitələrin istifadəsi üzrə
bacarıqlarını təkmilləşdirən hərbi qulluqçularımız qarşıya qoyulan
tapşırıqların öhdəsindən layiqincə gəliblər.