Zabratda güclü yanğın olub – VİDEO

Cəmiyyət


Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 800 kv.m. sahədə kol-kos və qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər və yaşayış evləri yanğından mühafizə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir