Valeri Korovin Rusiyanın nüvə zərbəsi haqqında: “Heç kim gözləməsin ki, əlimiz titrəyəcək”

Siyasət


“Qərb ayrılan döyüş başlıqlı raketlərlə qaçılmaz cavab zərbəsi alacaq və onlardan hansısa qərarların qəbul olunduğu mərkəzlərə də gəlib çatacaq”.

Bu sözləri “İzborski” klubunun üzvü, Geosiyasi Ekspertizalar Mərkəzinin direktoru, Beynəlxalq Avrasiya Hərəkatı rəhbərinin müavini, rusiyalı filosof və publisist Valeri Korovin resmixeber.az-a müsahibəsində deyib.

Valeri Korovinin sözlərinə görə, nüvə zərbələri mübadiləsi Rusiya tərəfinin nəzərdən keçirdiyi variantdır. “Biz buna hazırıq, bəs Qərb buna hazırdırmı? Buna özləri qərar versinlər. Başa düşməlidirlər ki, bu, zarafat deyil, hər şey ciddidir. Qərbin nüvə başlıqları vurulacaq və onlar  Avropa ərazisinə düşəcək. Qərb ayrılan döyüş başlıqlı raketlərlə qaçılmaz cavab zərbəsi alacaq ki, onlar 100% bu raketləri vurmaq iqtidarında deyillər. Və qərarların qəbul edildiyi mərkəzlərə də mütləq şəkildə bunlardan hansısa gəlib çatacaq. Biz isə başa düşürük ki, bunlar Vaşinqton və Amerika hərbi bazalarıdır və Rusiya raketləri məhz onları hədəf alıb. Əgər Qərb Rusiyaya təzyiq göstərmək cəhdindən əl çəkməsə, onu öz qərarlarına tabe etmək istəsə, bu addım qaçılmaz olacaq və geri dönüşü də olmayacaq”, – deyə o qeyd edib.

Korovin bildirib ki, bu cür bəyanatları trollinq və ya həddindən artıq emosional reaksiya kimi qiymətləndirmir. “Mən o halda cavab olaraq əks zərbənin tərəfdarıyam ki, Qərbdən Rusiyaya qarşı təhdid ciddi xarakter daşısın və belə bir cavab əsaslandırılmış olsun. Və kimsə gözləməsin ki, bu zaman kiminsə əli titrəyəcək”, – deyə o vurğulayıb.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir