Ömər Eldarov dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Baş səhifə

Bakı. Trend:

Görkəmli heykəltəraş Ömər Eldarov göstərilən diqqət və dəstəyə
görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.

Bunu Ömər Eldarov Trend-ə açıqlamasında deyib.

O bildirib ki, hazırda səhhəti yaxşılaşıb və müalicəsini ev
şəraitində davam etdirir.

“Evdəyəm. İndi özümü nisbətən yaxşı hiss edirəm. Bir neçə günə
tam sağalacağam. Mənə göstərilən diqqət və yardıma görə çox sağ
olsunlar”, – deyə Ömər Eldarov qeyd edib.

Qeyd edək ki, 99 yaşlı akademik ötən gün səhhəti ilə əlaqədar
xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra onun evə buraxıldığı
və müalicəsini davam etdirdiyi bildirilib.