Quba sakini əmisi oğlunu avtomobillə vurduqdan sonra bıçaqlayıb

Kriminal


Quba rayonunun Qaraçay kəndində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon sakinləri, 1992-ci il təvəlludlü Abdullayev Elçin Natiq oğlu əmisi oğlu olan 1992-ci il təvəlludlü Abdullayev Murad Zöhrab oğlunu avtomobillə vurduqdan sonra bir neçə bıçaq zərbəsi endirib. Əsəbləri soyumayan E.Abdullayev özunə də bıçaq zərbəsi endirib.

Hər iki yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az