Qəbələdə kafedə DAVA: Pivə bakalını başına çırpdı

Cəmiyyət


Qəbələdə kafedə iki nəfər arasında insident baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Nohurqışlar kəndində qeydə alınıb.

Kafeyə gələn müştərilər arasında düşən dava zamanı Seyidağa adlı şəxs pivə bakalını digər müştəri Zaur Mirzəliyevin başına çırpıb. Seyidağa sonra Zauru əlindən bıçaqlayıb.

Faktla bağlı Qəbələ Rayon Polis İdarəsində araşdırma aparılır. 

www.RESMIXEBER.az