Bakı.Trend:
“Azərenerji” kibertəhlükəsizlik səviyyəsinin artırılması,
mərkəzləşdirilmiş təhlükəsizlik monitorinqi və nəzarət imkanlarının
qurulması məqsədilə avadanlıq və həllərin satın alınması üzrə
tender elan edib.
Trend xəbər verir
ki, prosedurda iştirak haqqı 1000 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 19 iyun saat
10:00-dən (GMT+4) gec olmayaraq təqdim etməlidirlər. Tender
zərflərinin açılışı da 19 iyun saat 10:00-da (GMT+4) baş
tutacaq.
Əlavə məlumat üçün:
Telefon: (+994) 12 598 26 96
Əlaqələndirici şəxs: Azad Məmmədov
Elektron poçt: [email protected]
Ünvan: AZ1065, Bakı şəhəri, akademik A.Əlizadə küçəsi, ev
10.

