Naftalan sakini kafedə bıçaqlanıb

Kriminal


Naftalanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın  məlumatına görə, hadisə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

1968-ci il təvəllüıdü Hüseyn Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə Qaşaltı Qarayounlu kəndində kafedə baş verib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az