
Bakı. Trend:
ABŞ-nin “Amazon” şirkətinin Bəhreyndə məlumatlar mərkəzinin
infrastrukturu atəşə tutulub.
Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat
yayıb.
“ABŞ ordusunun İranın tikilməkdə olan qeyri-hərbi obyekti
“Darxovin” Atom Elektrik Stansiyasına hərbi hava hücumlarına cavab
olaraq ABŞ-nin “Amazon” Şirkətinin Bəhreyndə məlumatlar mərkəzinin
infrastrukturu atəşə tutulub və məhv edilib”, -deyə məlumatda
bildirilir.
SEPAH hücumların bir neçə ədəd “Kruz” raketi ilə həyata
keçirildiyini bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

