“Barselona” “Joan Qamper Kuboku”nda Misir klubu ilə qarşılaşacaq

Baş səhifə

Bakı. Trend:

“Barselona” rəsmi olaraq təsdiqləyib ki, “Qamper Kuboku” uğrunda
keçiriləcək oyunda onun rəqibi Misirin “Əl-Əhli” klubu olacaq.

Daha əvvəl tərəflərin bu görüşlə bağlı danışıqlar apardığı
bildirilirdi. Bu müzakirələr 18 yaşlı hücumçu Hamza Karimin
transferi çərçivəsində aparılıb və futbolçu sonda Kataloniya
klubuna keçib.




Ənənəvi “Joan Qamper Kuboku” matçı 19 avqust tarixində, Bakı
vaxtı ilə 22:00-da, “Camp Nou” stadionunda keçiriləcək. Bu,
“Barselona”nın 2026/27 mövsümündə ilk ev oyunu olacaq və eyni
zamanda komandanın azarkeşlərə rəsmi təqdimatı ilə üst-üstə
düşəcək.

“Əl-Əhli” “Joan Qamper Kuboku”nda iştirak edən ilk Misir və
ümumilikdə ilk Afrika klubu kimi tarixə düşəcək.