
Bakı. Trend:
Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5 546
nəfərə çatıb.
Bu barədə respublikanın Milli Assambleyasının sədri Xorxe
Rodriqes öz “Telegram” kanalında məlumat verib.
Onun tərəfindən yayımlanan gündəlik hökumət hesabatına əsasən,
16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb. 190 bina
tamamilə dağılıb, daha 856-sı ciddi zədələnib.
Axtarış-xilasetmə əməliyyatı zamanı 6 462 nəfəri xilas etmək
mümkün olub. 47 942 zərərçəkmiş tibbi yardım alıb, 128 324 ailəyə
yardım göstərilib. Müvəqqəti düşərgələrdə 23 811 nəfər
yerləşdirilib, zərərçəkənlərə 10 977,336 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə
fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb.
Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr
məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən
çox afterşok qeydə alınıb.

