ABŞ Serbiya məhsullarına tətbiq edilən idxal rüsumlarını müvəqqəti olaraq dayandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Serbiya məhsullarına tətbiq edilən idxal rüsumlarını
müvəqqəti olaraq dayandırıb.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiya Radio və
Televiziyasına müsahibəsində məlumat verib.

Vuçiç bildirib ki, qərar bu axşamdan qüvvəyə minəcək və müəyyən
müddət ərzində Serbiyadan ABŞ-a ixrac olunan mallara idxal rüsumu
tətbiq olunmayacaq.




“Bu axşamdan etibarən və bir müddət ərzində rüsumlar sıfır
olacaq”, – deyə Serbiya prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu güzəşt məhdud zaman kəsiyini əhatə
edəcək. Daha sonra isə Vaşinqton Serbiya məhsullarına 10–12 faiz
həcmində idxal rüsumu tətbiq etməyi planlaşdırır.