Prezident İlham Əliyevdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız

Baş səhifə

Şuşa. Trend:

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında
çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ – red.)
danışıb və qonşu ölkələrə səslənib.

Dövlətimizin başçısı bununla bağlı deyib: “Mən buradan
qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son
qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu
proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox
böyük bir təhlükədir”.

Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın
vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına
ümidvarlığını ifadə edib.