İran İordaniyadakı ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada
yerləşən ABŞ hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə
zərbə endirdiyini bildirib.

SEPAH-ın açıqlamasında hücum nəticəsində bazadakı sursat
anbarları və yanacaq çənlərinin alovlandığı iddia olunub.




Bildirilib ki, İordaniyaya endirilən zərbələr davam edən “qisas
əməliyyatının” ilk mərhələsidir.

Hadisə ilə bağlı ABŞ və İordaniya tərəfindən rəsmi açıqlama
verilməyib.