
БАКУ/ Trend/ –
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli
yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan
hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan elektrik otağında
93 ədəd sayğac və ayırıcı, 2 ədəd elektrik tənzimləyicisi
yanıb.
Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

