
Bakı. Trend:
Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda
hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır.
Bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və
Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə deyib.
“İndi elə ay olmur ki, qrup-qrup şəklində keçmiş köçkünlər öz
doğma torpaqlarına qayıtmasın”, – deyə dövlətimizin başçısı əlavə
edib.

