
Bakı. Trend:
Ölkənin ilk korporativ IPO-su olan PAŞA Bank
səhmlərinə abunə yazılışı müddətində investorlar
tərəfindən yerləşdirilmiş vəsaitlərə illik 5%* hesablanmış
overnight gəlirləri investorların hesablarına
köçürülüb.
Ödənişlərin icrası layihənin əsas anderrayteri olan PAŞA
Kapital tərəfindən həyata keçirilib və nəzərdə tutulan
hesablaşmaların növbəti mərhələsi uğurla yekunlaşıb.
Qeyd edək ki, cari ilin tarixi hadisəsi hesab olunan PAŞA
Bank-ın IPO-su investorlar tərəfindən yüksək maraqla qarşılanıb.
İlkin kütləvi təklif çərçivəsində 18 minə yaxın investor
tərəfindən 20 mindən artıq sifariş təqdim olunub, ümumi tələb isə
təklif olunan həcmdən 29% çox olub.
Məlumat üçün bildirək ki, IPO çərçivəsində Bakı Fond Birjasında
uğurla yerləşdirilmiş PAŞA Bank səhmlərinin 29 iyun 2026-cı
il tarixindən etibarən təkrar bazarda ticarətinə
başlanılmışdır.
IPO çərçivəsində PAŞA Bank səhmlərinin abunə yazılışına qoşula
bilməyən şəxslər, təkrar bazarda PAŞA Kapital vasitəsilə sifariş
yerləşdirərək əldə edə bilərlər.
*Qeyd: Overnight gəlirlərinə qanunvericiliyə uyğun
olaraq müvafiq vergilər tətbiq edilmişdir.
PAŞA Kapital İnvestisiya Şirkətinin xidmət və
məhsulları haqqında daha ətraflı məlumat üçün pashacapital.az
saytına və ya 1548 qısa nömrəli Çağrı Mərkəzinə müraciət etməyiniz
mümkündür.

