
“Real Madrid”, “Arsenal” və Almaniya millisinin sabiq futbolçusu Məsud Özil Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti postuna namizədlərdən biri kimi göstərilir.
Metbuat.az xəbər verir ki, keçmiş yarımmüdafiəçinin adı federasiya rəhbərliyi üçün əsas namizədlər arasında hallanır. Bildirilir ki, o, futbolçu karyerasını başa vurduqdan sonra Türkiyədə məskunlaşıb və həm futbol ictimaiyyəti, həm də siyasi dairələrlə yaxın münasibətlər qurub. Bildirilir ki, bu amillər Özilin TFF prezidentliyi uğrunda mübarizədə ciddi dəstək qazanmasına səbəb olub.
Qeyd edək ki, Türkiyə millisinin dünya çempionatındakı uğursuz çıxışından sonra bəzi dairələr Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun istefasını tələb edir. İbrahim Hacıosmanoğlu isə istefa verməyəcəyini bəyan edib.

