DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

Baş səhifə

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya
çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Fransa millisi İsveç yığması ilə qarşılaşıb. Görüş Avropa
təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kilian
Mbappe (2) və Bredli Barkolya vurublar.

Fransa millisi 1/8 finalda Paraqvayla üz-üzə gələcək.




DÇ-2026-da 1/16 finalın digər oyunu Bakı vaxtı ilə saat 05:00-da
Meksika və Ekvador arasında keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş və
Norveç yığmaları 1/8 finala vəsiqə qazanıb.