Fransalı müdafiəçi “Benfika”ya keçir

Baş səhifə

Bakı. Trend:

“Atletiko”nun müdafiəçisi Kleman Lanqle karyerasını
Portuqaliyada davam etdirəcək.

“Benfika” fransalı futbolçunun keçidini həll edib. Bu barədə
insayder Fabritsio Romano məlumat yayıb.




31 yaşlı mərkəz müdafiəçisi artıq Lissabondadır. Təcrübəli
oyunçu tibbi müayinədən keçdikdən sonra “Benfika” ilə 3 illik
müqavilə imzalayacaq.

Qeyd edək ki, “Atletiko” Kleman Lanqleni 2024-cü ilin yayında “Barselona”dan transfer edib. Fransa millisinin sabiq üzvü 2025/26
mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi
matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.