
Bakı. Trend:
Çinin şimalındakı Tsinxay əyalətində 5,2 bal gücündə zəlzələ baş
verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Dunhuan şəhərindən 269 km
cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

