
Bakı. Trend:
Meksika milli komandası dünya çempionatında 1/8 final
mərhələsinə vəsiqə qazanıb.
Meksika Ekvadoru 2:0 hesabı ilə məğlub edib.
Matçda qolları 22-ci dəqiqədə Xulian Kinyones və 31-ci dəqiqədə
Raul Ximenes vurublar. Qarşılaşmanın sonlarına əlavə olunmuş 5-ci
dəqiqədə Ekvador millisinin müdafiəçisi Pyero İnkapye qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Növbəti mərhələdə Meksika İngiltərə və Konqo Demokratik
Respublikası arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq.
1/8 final matçı 6 iyul gecəsi Mexikoda baş tutacaq.
Qeyd edək ki, bu nəticə Meksika millisinin 1986-cı ildən bəri
dünya çempionatında ilk dəfə pley-off mərhələsinin birinci raundunu
keçməsi kimi tarixə düşüb.

