Sumqayıtda yanacaq daşıyan avtomobillə qatar toqquşub

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan
avtomobil ilə qatarın toqquşması barədə məlumat daxil olub.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin
qüvvələri cəlb olunub.




Baş vermiş qəza zamanı yanacaq daşıyan avtomobildən ətrafa
dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq
mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.