Çinin şimalında 5,2 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Çinin şimalındakı Tsinxay əyalətində 5,2 bal gücündə zəlzələ baş
verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Məlumata əsasən, zəlzələnin episentri Dunhuan şəhərindən 269 km
cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.