
Bakı. Trend:
“47 Ronin” filminin rejissoru dələduzluqda ittiham olunaraq 2,5
il həbs cəzasına məhkum edilib.
Xarici media yazır ki, Manhetten Federal Rayon Məhkəməsi
Hollivud rejissoru Karl Rinşi iki il yarım müddətinə azadlıqdan
məhrum edib. O, dələduzluqda təqsirli bilinib və 11 milyon dolları
ödəməli olacaq.
Rejissor cəzasını sentyabr ayında çəkməyə başlayacaq.
Karl Rinş 2013-cü ildə Keanu Rivzin baş rolda çəkildiyi “47
Ronin” filminin rejissorluğundan sonra geniş şöhrət qazanıb.
2018-ci ildə Netflix Rinş ilə “Fəth” fantastik serialının
yaradılması üçün müqavilə imzalayıb. Bu serialın bəzi bölümləri
artıq fərqli bir ad altında tamamlanmış və şirkət tərəfindən yaxşı
qarşılanmışdı. Müqaviləyə əsasən, Netflix serial üçün 44 milyon
dollar ödəməyə razı olub.
Qısa müddət sonra rejissor sağlamlıq problemləri ilə üzləşməyə
və güclü dərmanlardan sui-istifadə etməyə başlayıb. Serial üzərində
işlər dayandırılıb. 2020-ci ildə Rinş layihəni tamamlamaq üçün
Netflix-dən daha 11 milyon dollar istəyib. Lakin istintaq üzə
çıxarıb ki, o, bu vəsaiti fond bazarına, kriptovalyuta, altı bahalı
avtomobil, saat və geyim almağa, eləcə də kredit kartı borcunu
ödəməyə xərcləyib. O, Netflix-in ayırdığı məbləğin yarısını cəmi
iki ay ərzində xərcləməyi bacarıb.
Rejissor 2025-ci ilin mart ayında həbs edilib və həmin ilin
dekabr ayında yeddi maddənin hamısında təqsirli bilinib. Rinşin
vəkilləri müvəkkillərinin ruhi sağlamlıq problemlərini
vurğulayıblar.

