Tramp İranla danışıqların son tarixdən sonraya qalmasına etiraz etməyəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, Tehranla
danışıqların qarşılıqlı anlaşma memorandumunda nəzərdə tutulan 60
günlük son müddəti aşmasını problem hesab etmir.

Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən
məlumat yayıb.




Məlumata görə, son bir neçə gün ərzində ABŞ lideri Pentaqonun
rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri
Komitəsinin sədri general Den Keyn ilə bir neçə görüş keçirib.

Görüşlərdə İrana qarşı hərbi əməliyyatların yenidən başlanması
ehtimalı müzakirə olunub. Tramp hesab edib ki, genişmiqyaslı
hücumların növbəti dalğası diplomatik səylərə mane olar və
Vaşinqtonun İranın nüvə proqramının ləğvinə nail olmaq şanslarını
azaldar.