
Bakı. Trend:
Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən məhsuldar
oyunçu olan amerikalı Lebron Ceyms müqaviləsinin başa çatması ilə
əlaqədar “Los Anceles Leykers” klubunu tərk edib.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“”Lebron Ceyms idman tarixinin ən böyük idmançılarından biridir.
O, “Leykers”də keçirdiyi səkkiz ilə, o cümlədən bizi ən çətin
şəraitdə çempionluğa aparmasına və komandamızın heyətində qırdığı
saysız-hesabsız rekordlara görə hər zaman minnətdarlığımızı
qazanacaq. Ona həm meydanda, həm də meydandan kənarda gələcək
fəaliyyətində uğurlar arzulayırıq. O, hər zaman “Leykers” ailəsinin
dəyərli üzvü olaraq qalacaq”, – deyə məlumatda bildirilir.

