
Bakı. Trend:
Belarus avtomobil istehsalçısı “Belgee” X70 orta ölçülü
krossoverinin 50.000 ədəd istehsalını həyata keçirdiyini
açıqlayıb.
Xarici media yazır ki, krossover tezliklə “Belgee”nin rəsmi
dilerlərindən birinə çatacaq və istənilən alıcı istehsalçının baş
direktorundan məktub və brend suvenirlər alacaq.
“Belgee” X70 iki ildən çoxdur ki, Belarus avtomobil zavodunda
istehsal olunur. Zavoddan verilən məlumata görə, modelə təkcə fərdi
sürücülər arasında deyil, həm də iri korporativ müştərilər arasında
davamlı tələbat var.
Ötən ilin sentyabr ayında X70 yenilənib. “Belgee” avtomobil
zavodunun rəhbəri Gennadi Sviderski bildirib ki, şirkət istehsal
proseslərini təkmilləşdirməyə və model çeşidini genişləndirməyə
davam edir.
Krossoverin qiyməti təxminən 31 min ABŞ dollarından
başlayır.

