9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb – Qoşqar Təhməzli

Baş səhifə

Bakı. Trend:

Azərbaycana idxal olunan 9 tondan çox uşaq qidası ixracatçı
ölkələrə geri qaytarılıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar
Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Xəzər TV”
televiziya kanalına birgə müsahibəsində deyib.

AQTA sədrinin sözlərinə görə, bunun 2 568 kiloqramı Türkiyədən,
2 400 kiloqramı Gürcüstandan, 4 435 kiloqramı isə İsveçrədən idxal
olunan uşaq qidaları olub:




“Aparılan laborator müayinələr zamanı həmin məhsulların
tərkibində təhlükəli toksinlər aşkar edildiyinə görə onlar
tərəfimizdən ixracatçı ölkələrə geri qaytarılıb. Müxtəlif
monitorinqlər zamanı 100 kiloqramdan çox uşaq qidası insan
istehlakı üçün yararsız hesab olunaraq dövriyyədən çıxarılıb və
məhv edilib”.

Agentlik sədri bildirib ki, qida təhlükəsizliyi sahəsində
aparılan nəzarət tədbirləri zamanı 46 müəssisədən götürülmüş 78
kolbasa və sosiska nümunəsi üzrə laborator müayinələr həyata
keçirilib və nəticədə müxtəlif məhsullarda insan istehlakı üçün
yararsız göstəricilər müəyyən edilib:

“Kolbasa və sosis məhsullarının üzərindəki etiket məlumatları
ilə məhsulların faktiki qida dəyərləri arasında uyğunsuzluqlar da
aşkarlanıb. Əsasən 10 halda məhsulun tərkibində at DNT-si
aşkarlanıb. Həmin faktlarla bağlı qanunvericiliyin tələblərinə
uyğun olaraq müvafiq tədbirlər görülüb və aidiyyəti müəssisələr
barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati
tədbirlər həyata keçirilib. Bizim cəmiyyət adətən bu məsələlərdə
daha çox sanitariya tərəfinə diqqət yetirir. Amma əslində, qida
təhlükəsizliyində əsas məsələ gigiyenik tənzimləmədir. Yəni
insanlar daha çox hansısa istehsal müəssisəsində aparılan
yoxlamaları, sanitar normaların pozulmasını görür və buna diqqət
yetirirlər.