Argentina İordaniyaya qalib gəlib

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında J qrupunun sonuncu – III turunun
oyunları başa çatıb.

Argentina millisi İordaniya seçməsini böyük hesabla məğlub edib.
Dallas stadionunda keçirilən qarşılaşma Cənubi Amerika
təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 80-ci
dəqiqəsində Lionel Messi cərimə zərbəsindən vurduğu dəqiq qolla
komandasının üstünlüyünü möhkəmləndirib.




Qrupun paralel keçirilən digər oyununda isə bol qollu heç-heçə
qeydə alınıb. Kanzas stadionunda baş tutan Əlcəzair – Avstriya
matçı 3:3 hesabı ilə başa çatıb.