Avropada rekord istilər fəsadlara səbəb oldu

Baş səhifə

Avropanı bürüyən güclü istilər bir sıra ölkələrdə ciddi fəsadlara səbəb olub.

Metbuat.az xəbər verir ki, Fransada rekord temperaturun qeydə alındığı günlərdə ölüm hallarında nəzərəçarpacaq artım müşahidə edilib. Fransa İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən, temperaturun pik həddə çatdığı günlərdə ölkədə gündəlik ölüm sayı 1200-1400 nəfəri ötüb. Halbuki istilərdən əvvəlki aylarda bu göstərici orta hesabla 900-1000 nəfər arasında dəyişirdi.

Rekord istilər digər Avropa ölkələrinə də təsir göstərib. Almaniyada meşə yanğınları baş verib, Berlində isə polis izdihamın sərinləməsi üçün su şırnaqlarından istifadə edib. İsti hava dalğası şərq istiqamətində hərəkət etdikcə Almaniya ilə Polşa sərhədində yerləşən Neysemünde bölgəsində temperatur ardıcıl üçüncü gün 41,7 dərəcə Selsiyə çatıb. Çexiyada isə termometrlər 41,1 dərəcə Selsi göstərərək ölkə tarixinin ən yüksək göstəricilərindən biri qeydə alınıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.