Şahbaz Şərif İran və Türkiyəyə səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdə gərginliyin
azaldılması və müharibənin dayandırılması istiqamətində aparılan
diplomatik təşəbbüslər çərçivəsində 3-6 iyul tarixlərində İran və
Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Pakistanın “Dawn” nəşri Baş nazirin dəftərxanasındakı
mənbələrə istinadən məlumat yayıb.




Mənbələrin bildirdiyinə görə, səfər zamanı Şahbaz Şərif İran və
Türkiyə rəhbərliyi ilə danışıqlar aparacaq. O, həmçinin Tehran və
Vaşinqtonu sülh prosesinə dəstək verməyə və İslamabad anlaşma
memorandumunda nəzərdə tutulan öhdəliklərə əməl etməyə
çağıracaq.