DÇ-2026: 1/16 finalın bütün cütləri müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin bütün
cütləri müəyyənləşib. Bazar gününə keçən gecə turnirin qrup
mərhələsinin son oyunları başa çatıb.

Pley-offun ilk mərhələsində aşağıdakı qarşılaşmalar
keçiriləcək:




Almaniya – Paraqvay (29 iyun, Foksboro), Fransa – İsveç (1 iyul,
İst-Raterford), Cənubi Afrika Respublikası – Kanada (28 iyun,
İnqlvud), Niderland – Mərakeş (30 iyun, Monterrey), Portuqaliya –
Xorvatiya (3 iyul, Toronto), İspaniya – Avstriya (2 iyul, İnqlvud),
ABŞ – Bosniya və Herseqovina (2 iyul, Santa-Klara), Belçika –
Seneqal (1 iyul, Sietl), Braziliya – Yaponiya (29 iyun, Hyuston),
Kot-d’İvuar – Norveç (30 iyun, Arlinqton), Meksika – Ekvador (1
iyul, Mexiko), İngiltərə – Konqo Demokratik Respublikası (1 iyul,
Atlanta), Argentina – Kabo-Verde (4 iyul, Mayami), Avstraliya –
Misir (3 iyul, Arlinqton), İsveçrə – Əlcəzair (3 iyul, Vankuver),
Kolumbiya – Qana (4 iyul, Kanzas-Siti).

Qeyd edək ki, futbol üzrə dünya çempionatı ABŞ, Kanada və
Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi
turnir iyulun 19-da başa çatacaq.