Yaponiyanın Honşu adası yaxınlığında 6 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Honşu adası sahillərində 6,0 maqnitudalı zəlzələ baş
verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Məlumata görə, zəlzələnin episentri 239 min nəfər əhalisi olan
Aomori prefekturasının Haçinohe şəhərindən 70 kilometr cənub-şərqdə
yerləşib. Zəlzələ ocağı 59 kilometr dərinlikdə qeydə alınıb.

Sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq verilməyib.